Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayır.
Bu barədə AzadMedia.az-a Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə komissiyanın ilk iclasının fevralın 12-də keçiriləcəyi gözlənilir:
"Əfv üçün müraciət etmiş şəxslərin ərizələri araşdırılır. Komissiyanın iclaslarında aparılan müzakirələrdə məhkumların törətdiyi cinayətlərin xarakteri, onların törədilmə müddəti onların cəmiyyətə reabilitasiya olunmaq imkanları nəzərə alınır. İzahat çərçivəsində müraciət etmiş şəxslərlə bağlı müvafiq tövsiyə xarakterli rəylər hazırlanaraq cənab prezidentə təqdim olunacaq. Ümumiyyətlə əfv komissiyası ilə bağlı məlumatlar cəmiyyətə təqdim olunur"
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta