Bu sözləri Demokrat.az-a açıqlasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Trampın birinci prezidentliyi dövründə ABŞ və İran arasında yumşaq xətt görünürdü, İran nüvə və uranın zənginləşdirilməsi ilə bağlı siyasətində geri addım atmışdı, ABŞ-nin çağırışlarına müsbət geri dönüş etmişdi:
"Trampın birinci prezidentliyi dövründən olan təcrübə, bundan sonrakı əlaqələr konteksində İranla münasibətlərdə sərt xətt üzrə deyil, daha konstruktiv münasibətin şahidi olacağıq. İran prezident səviyyəsində ABŞ-dən İran siyasətində radikal addımlar atmamağı və Demokratlar dövründəki aqressiv yanaşmanın aradan qaldırılmasını istəyir. Ancaq bu sadəcə ABŞ-a bağlı məsələ deyil. İran da yumşaq addımlar atmağı bacarmalıdır. Bütün bunlar olarsa, iki ölkə arasınsa barışcıl münasibətin şahidi ola biləcəyik".
Əfsanə Kamal
Demokrat.az