AZ

Kazemiro ölkəsində oynaya bilər

"Mançester Yunayted"in braziliyalı yarımmüdafəçisi Kazemironun karyerasını ölkəsində davam etdirmək variantı var.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, onun xidmətində “Flamenqo” maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisini icarəyə verməyə və onun maaşının bir hissəsini ödəməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı Kazemiro bu mövsüm Mançester təmsilçisində 24 matça çıxaraq 3 qol vurub. "Sambaçı"nın MY ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 

Seçilən
14
fanat.az

1Mənbələr