AZ

"Coca-Cola"nın gəliri proqnozları üstələyib - Hesabat

"Coca-Cola" (KO.N) 2024-cü il üzrə IV rüb maliyyə hesabatını açıqlayıb.

Valyuta.Az xəbər verir ki, bu gün açıqlanan IV rübün mənfəət göstəriciləri proqnozları üstələyib. Bu xəbərin fonunda şirkətin səhmləri bazar öncəsi ticarətdə təxminən 4% bahalaşıb.  

"Coca-Cola"nın IV rübdə müqayisəli xalis gəliri 4.2% artaraq 11.40 milyard dollara çatıb. Analitiklər isə bu göstəricinin 2.47% azalaraq 10.68 milyard dollar olacağını proqnozlaşdırırdılar ("LSEG" məlumatlarına əsasən).  

Şirkətin hər səhm üzrə mənfəəti 55 sent təşkil edib ki, bu da gözlənilən 52 sentdən yüksəkdir.  

Şirkət Hindistan kimi inkişaf etməkdə olan bazarlarda tələbatı cəlb etməyə və Şimali Amerikada məhsul çeşidini genişləndirməyə fokuslanıb. Buraya premium "Fairlife" süd markası və qazlı su brendi "Topo Chico" kimi məhsullar daxildir.  

Bundan əlavə, "McDonald's" (MCD.N) kimi fastfud şəbəkələri ilə bağlanan dəyər əsaslı menyu anlaşmaları da satışların artmasına töhfə verib.  

### 2024-cü ildə qlobal satış həcmi ilk dəfə artıb  

IV rübdə Şimali Amerikada satış həcmi 1% yüksəlib, "Coca-Cola"nın qlobal bazarlarında isə satış həcmləri 2024-cü ildə ilk dəfə artıb.  

Bununla yanaşı, 2024-cü ilin son üç ayında qlobal satış qiymətləri 9% bahalaşıb, III rübdə isə bu artım 10% təşkil edib.  

"Coca-Cola", "Fanta" və "Sprite" kimi qazlı içkilərin satış həcmi 2% artıb və şirkətin ümumi satışlarının təxminən üçdə ikisini təşkil edib.  

"Coca-Cola" 2025-ci il üçün üzvi gəlir artımının 5%-6% arasında olacağını proqnozlaşdırır. 2024-cü ildə bu göstərici 12% təşkil etmişdi. Yeni proqnoz şirkətin uzunmüddətli üzvi gəlir artımı hədəfinin (4%-6%) yuxarı həddində qərarlaşır.  

Rəhim

Seçilən
40
valyuta.az

1Mənbələr