Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə və “Olimpik Star”da baş tutub.
İlk oyunda iki iddialı komanda – “Neftçi” İK ilə son çempion “Araz-Naxçıvan” üz-üzə gəlib. Qış transfer pəncərəsindən istifadə edərək, xüsusilə də legionerlərlə güclənən “Araz-Naxçıvan” ilk dövrədə uduzduğu bu rəqibinə 6 cavabsız qolla qalib gəlib. Bu qələbə sayəsində Naxçıvan klubu “Neftçi” ilə xal fərqini 2-yə endirib.
İkinci oyunda lider “Baku Fire” autsayder “Yasamal Bakı” ilə qarşılaşıb. Bu oyun lider üçün məşq xarakterli keçib. Yaqonun 8 qol vurduğu görüşdə komandası böyükhesablı qələbə ilə xal ehtiyatını artırıb.
Tura U-19 – “Şuşa” görüşü ilə yekun vurulub. Bu oyuna marağı artıran məqamlardan biri də yanvarda keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsində gənclər millisinin “Şuşa”nı yenməsi və yarımfinala yüksəlməsi idi. 7 qolluq bu oyunun yekununda “Şuşa” çətin qələbəyə sevinib.
Yüksək Liqa
9-cu tur
11 fevral
Neftçi İK – Araz-Naxçıvan 0:6
Qollar: Mateus Henrike, 13:26. Amirhossein Rasuli, 25:49; 31:18; 35:11; 39:01. Lazar Milosavlyeviç, 36:42.
Hakimlər: Knyaz Əmiraslanov, Ramil Namazov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Yasamal Bakı – Baku Fire 1:10
Qollar: Elmir Xəlilov, 35:55 – Yaqo Henrike, 1:12; 7:44; 16:49; 35:22; 36:45; 37:01; 37:58; 39:40. Elvin Quliyev, 16:57. Paulo Henrike, 23:17.
Hakimlər: Hacıəli Ağayev, Hidayət Feyzullayev, Rza Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
U-19 – Şuşa 3:4
Qollar: Ayxan Məmmədov, 9:12-öz qapısına. Bəyoğlan Vəlizadə, 20:40. Rəvan Məşiyev, 32:25 – Rüstəm Bağırov, 1:28. Aydar Tutatov, 20:53. Sadeq Javiditabar, 27:56; 38:54.
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.