AZ

Müvəqqəti prezident oldu

Rumıniyanın Konstitusiya Məhkəməsi Senat sədri İlie Bolojanı ölkə prezidenti vəzifəsini müvəqqəti icra edən təyin edib.

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

“Rumıniya prezidentinin ofisi Klaus Verner İohannisin Rumıniya prezidenti vəzifəsindən istefası ilə əlaqədar 12 fevral 2025-ci il tarixindən etibarən boşalır”, - məhkəmədən bildirilib.

Onlar əlavə ediblər ki, Konstitusiyaya əsasən, Senatın sədri İlie Qavril Bolojan Rumıniya prezidentinin səlahiyyətlərini icra edir.

Bazar ertəsi, fevralın 10-da İohannis istefa verəcəyini açıqladı. İohannisin səlahiyyət müddəti ötən il dekabrın 21-də prezident seçkilərinin ləğvi fonunda başa çatıb. Müxalif Rumınların Birləşməsi Alyansının lideri George Simion bildirib ki, ölkə prezidenti Klaus İohannisin istefa qərarı ölkənin qələbəsidir, çünki dövlət başçısı parlamentdən impiçmentlə üzləşə bilərdi.

Əvvəllər Rumıniyada seçkilərin nəticələrinin ləğvi dövlət çevrilişi adlanırdı.

 

Nigar

 

Seçilən
3
2
oxu24.com

3Mənbələr