AZ

Tramp İordaniya və Misiri hədələdi

“Qəzzanın çöküşü” planı dünyanın gündəmində...

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Qəzzanı ələ keçirmə planı çərçivəsində fələstinlilərin qonşu ölkələrə göndərilməsi ilə bağlı qalmaqallı təklifini davam etdirir.

Tramp məsələ ilə bağlı Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb.

Tramp, "Fələstinliləri qəbul etməsələr, İordaniya və Misirə yardımı kəsərdinizmi?" sualına "Bəli. Niyə də? Qəbul etməsələr, yəqin ki, yardımı kəsərdim" deyə cavab verib.

Qeyd edək ki, İordaniya və Misir ABŞ-nin hərbi yardımından ən çox faydalanan ölkələr sırasındadır.

Həm İordaniya, həm də Misir fələstinlilərin Qəzzadan çıxarılmasını qəti şəkildə rədd edib və Trampın Qəzza planı İsraildən başqa dəstək tapmayıb.

Seçilən
8
aznews.az

1Mənbələr