Bu gün qadın voleybolçular arasında Yüksək Liqada X turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, tura Gəncədə start verilib.
Şəhərin eyniadlı komandası “Azərreyl”lə üz-üzə gəlib. "Quru hesabla" qalib gələn "Gəncə" rəqibi ilə xal fərqini artırıb. Yeni istifadəyə verilmiş Gəncə İdman Sarayında keçirilən qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan sonra “Gəncə” komandasının üzvləri ilə görüşən nazir Fərid Qayıbov onları təbrik edib.
Çempionatın lideri “Abşeron” “Murov Az Terminal”ı sınağa çəkib. Tura “Milli Aviasiya Akademiyası” ilə yarışın autsayderi UNEC arasında görüşlə yekun vurulub. Hər iki oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yüksək Liqa (Qadınlar)
X tur
11 fevral
14:30. “Gəncə” - “Azərreyl” - 3:0 (25:23, 25:18, 25:18)
16:00. “Abşeron” - “Murov Az Terminal” - 3:0 (25:15, 25:17, 25:22)
18:00. “Milli Aviasiya Akademiyası” - UNEC - 3:0 (25:16, 25:8, 25:6)
Yüksək Liqa: “Neftçi” qələbə qazandı
Yığmamız Latviya açıq çempionatında iştirak edəcək
Yüksək Liqa: "Azərreyl" MOİK-i məğlub edib
Yüksək Liqa: IX tura bu gün start veriləcək
Yüksək Liqa: Lider “Azərreyl”dən üstün olub