AZ

Diniyev debüt matçında dubl etdi

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib. 

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb. O, bu matçda iki qol vurub və komandasına qələbə qazandırıb. 

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu yerdədir. 

11 fevral

"Çorum" - "Yeni Malatyaspor" - 2:0 
Qollar:
Çoşqun Diniyev, 13, 49

Seçilən
24
2
teleqraf.com

10Mənbələr