SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin qalibləri, mentorlar və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən #rektor Elmar Qasımov “Yüksəliş” müsabiqəsinin gənclərin inkişafına və karyeralarına töhfə verdiyini, mentorluq proqramının isə onlar üçün mühüm platforma olduğunu bildirib.
Öz növbəsində, Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin uğurlarını və gənclərin inkişafına töhfəsini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
Sonda müsabiqəsinin qalibləri tərəfindən mentorluq proqramının məqsədləri və gələcək fəaliyyətləri barədə məlumat verilib.