AZ

İndi bunları almaq üçün ən yaxşı vaxtdır – SİYAHI

Yeni ildə avtomobil istehsalçıları bəzi modellərin qiymətlərini 20 faizdən çox artırmağı planlaşdırır.

Day.Az xarici mediaya istinadla bahalaşmağa başlamazdan əvvəl indi almağa dəyəcək 2024-cü il avtomobillərinin siyahısını təqdim edir.

Cadillac CT5

Cadillac CT5-i çətin ki, "ucuz" adlandırmaq olar. Bununla belə, ekspertlərin fikrincə, bir çox qabaqcıl innovativ xüsusiyyətlər təklif etdiyi üçün puluna dəyər. Bu, xüsusilə sürücülük təhlükəsizliyinə aiddir.

Toyota GR Supra

2025-ci ildə qiymət artımı - 20 faiz

Mütəxəssislər bu avtomobili məşhur Porsche Cayman ilə müqayisə edirlər, lakin Toyota GR Supra daha ucuzdur. Ümumilikdə ekspertlər avtomobilin təcrübəli sürücü üçün ideal seçim olduğuna inanırlar.

MINI Cooper

2025-ci ildə qiymət artımı - 12 faiz

MINI-lər bir vaxtlar büdcələri az olanlar arasında populyar idi, lakin son illərdə qiymətlər sürətlə yüksəlir. Yaxın gələcəkdə ekspertlər məşhur avtomobilin qiymətinin daha da artacağını proqnozlaşdırırlar.

Chevrolet Equinox

2025-ci ildə qiymət artımı - 11 faiz

GOBankingRates yazır: "Ədalətli qiymət axtaran alıcılar "Chevrolet"in əksər rəqiblərindən daha aşağı qiymətə malik 2024 modelini nəzərdən keçirməlidirlər".

Xatırladaq ki, "Equinox Chevrolet"in 2004-cü ildə təqdim etdiyi orta ölçülü krossoverdir. Ötən il şirkət bu avtomobilin dördüncü nəslinin istehsalına başlayıb.

Infiniti QX80

2025-ci ildə qiymət artımı - 11 faiz

Infiniti QX Yaponiyanın Infiniti şirkətinin lüks yolsuzluq avtomobilləri ailəsidir. 2013-cü ildən QX56 modeli Infiniti QX80 adlanır. Mütəxəssislərin fikrincə, avtomobil yüksək funksionallıq və belə bir avtomobil alarkən alacağınızı gözlədiyiniz sürücülük həzzini özündə birləşdirir.

Seçilən
22
1
day.az

2Mənbələr