AZ

Coşqun Diniyev yeni komandasındakı debütünü dublla qeyd etdi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" klubunda debüt oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, o, I Liqanın XXIV turunda "Yeni Malatyaspor"la ev oyununda iştirak edib.

İlk matçı Coşqun üçün uğurlu alınıb. 

Futbolçumuz görüşdə iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub. O, 14 və 49-cu dəqiqələrdə fərqlənərək matçın nəticəsini müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a keçib. Bu qələbədən sonra Diniyevin komandası turnir cədvəlində 38 xalla 4-cü sıraya yüksəlib.

Seçilən
16
21
fanat.az

10Mənbələr