AZ

BMT-nin əməkdaşı əsirlikdə öldü

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə husi üsyançıları tərəfindən əsir saxlanılan əməkdaşının öldüyünü bildirib.

Azreform.info " xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Ümumdünya Ərzaq Proqramı Yəmənin şimalında həbsdə olan əməkdaşının ölümündən sarsılıb", - məlumatda qeyd olunub.

Məlumata görə, husilər yanvarın 23-dən bəri əməkdaşı və onun daha 6 həmkarını əsir saxlayırdılar.

Təfərrüatlar açıqlanmayıb. BMT-də 2017-ci ildən çalışan əməkdaşın həyat yoldaşı və iki uşağı qalıb.

Seçilən
9
16
azreform.info

10Mənbələr