Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonunun inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakini Ədalət Fərəcov, Neftçala rayonu 1 nömrəli Mayak kənd sakini Eldost Dadaşov olduğu müəyyən edilib, onlardan 2 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Ekologiya.az