AZ

60 min manat Şəhriyarin ayağına gəldi

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).

M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.

Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.

Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.

Seçilən
4
aznews.az

1Mənbələr