AZ

Yeni legionerimiz ilk təəssüratlarını "Sportinfo"ya danışdı

"Şamaxı"dan ayrılan Ramin Əhmədovun Qırğızıstan təmsilçisi "Alay"la anlaşdığını xəbər vermişdik.

Gənclər millimizin sabiq üzvü artıq yeni komandasının düşərgəsinə qoşulub.

Sportinfo.az-a açıqlama verən 23 yaşlı yarımmüdafiəçi keçidi barədə danışıb:

"Hər futbolçu kimi mənim də xəyalım legioner həyatı yaşamaq idi. Təklif gəlməsi yerinə düşdü. Ailəm və dostlarımla məsləhətləşəndən sonra getməyə qərar verdim. Artıq bir aya yaxındı buradayam".

O, ölkə xaricinə keçən ilk günləri barədə də söz açıb:

"Artıq yeni komandamda məşqlərə başlamışam. Hər şey qaydasındadır. Şəhəri gəzmək üçün vaxtım çox olmayıb. 1-2 dəfə buna imkan tapmışam. İnsanları çox istiqanlıdı. Mentaliteti və yeməkləri bizl çox yaxındı.

Hətta bəzi şeylərdə eyni olduğunu demək olar. Qırğız dilində bəzi sözlər bizim sözlərə bənzəyir. Bəzən başa düşürəm".

Ramin Əhmədov "Zaqatala"nın yetirməsidir. 2021-ci ildə Rəşad Sadıqovun istəyilə Birinci Liqanı Premyer Liqaya dəyişmişdi.

O, "Zirə"dən son iki mövsüm "Şamaxı" formasını geyindiyi bildirək.

XANOĞLAN

Seçilən
6
sportinfo.az

1Mənbələr