AZ

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib. 

Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov həlledici oyuna vəsiqə qazanıb.

Təcrübəli şahmatçı hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlib.

Digər yarımfinalda Teymur Rəcəbovla Rauf Məmmədov növbəti dəfə heç-heçə oynayıb. Onlar sabah tay-brekdə cütün taleyi müəyyənləşdirəcək. 

Qadınların yarışında isə Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb - 1:1.

Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva arasında keçirilən hər iki partiya heç-heçə yekunlaşıb.

Qadınlar arasında finalçılar sabah tay-brekdə bəlli olacaq.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Ölkə çempionatında yarımfinalçılar bəlli oldu

Azərbaycan çempionatında 1/4 finalın cavab görüşləri keçiriləcək

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub

Namiq Quliyev: "Teymura qarşı oyuna final matçı kimi baxırdım"

Məmmədyarova: "Rəqibim çox güclüdür, mən isə..."

Seçilən
10
1
apasport.az

2Mənbələr