Pentaqonun rəhbəri Pit Heqset Almaniyadakı Afrika Komandanlığının qərargahında jurnalistlərə açıqlamasında ABŞ-nin öz qoşunlarını Ukraynaya göndərməyəcəyini deyib.
APA xəbər verir ki, o, həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh sazişinin tezliklə əldə olunacağını gözlədiyini deyib.
"Biz İsrailin təhlükəsizliyini, Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təmin etməliyik. Amma bu, bizim necə hərəkət edəcəyimizi müəyyən etməməlidir. Ümid edirəm ki, Ukrayna ilə bağlı sülh sazişi tezliklə əldə olunacaq və rezident bu sazişə sadiqdir.", - Heqset bildirib.