AZ

ABŞ-də Kennedinin qətli ilə bağlı yeni sənədlər tapılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkənin keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı məxfilik dərəcəsi açılmamış yeni sənədlər aşkar edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, FTB ABŞ-nin 35-ci prezidentinin qətli ilə bağlı təxminən 2 400 sənəd aşkar edib.
Sözügedən sənədlərin heç biri bu mövzu (Con Kennedinin qətli - red.) ilə bağlı bütün materialların nəzərdən keçirilməsi və məxfilik dərəcəsinin açılması ilə məşğul olan komissiyaya təqdim edilməyib.
Qeyd olunur ki, FTB ümumilikdə 14 min səhifəlik məxfi sənəd aşkar edib. Sənədlərin məzmunu açıqlanmır.
Seçilən
38
4
oxu.az

5Mənbələr