AZ

Ərdoğan Malayzianın baş nazirinə TOGG avtomobili hədiyyə edib

Bakı, TurkicWorld

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Malayziyanın baş naziri Ənvər İbrahimə TOGG markalı avtomobil hədiyyə edib.

TurkicWorld AzerVoice xəbər verir ki, avtomobilin təhvil verilməsi mərasimində Malayziya xalq rəqsləri nümayiş etdirilib, Malayziya və Türkiyə bayraqları daşıyan malayziyalı uşaqlar prezident Ərdoğana böyük maraq göstəriblər.

Ərdoğan və Malayziyanın Baş naziri İbrahim uşaqlarla xatirə şəkli çəkdiriblər.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Seçilən
25
turkic.world

1Mənbələr