Ötən il Azərbaycanda qızıl və gümüş istehsalında azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 2024-cü ildə ölkədə 2 663 kiloqram qızıl hasil edilib.
Bu, 2023-cü illə müqayisədə 97 kiloqram və ya 3,5% azalma deməkdir. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 2 760 kiloqram təşkil etmişdi.
Gümüş istehsalına gəlincə, ötən il Azərbaycanda 3 184 kiloqram gümüş istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 521 kiloqram və ya 14% azdır. 2023-cü ildə ölkədə 3 705 kiloqram gümüş hasil olunmuşdu.