Futbol üzrə Azərbaycan çempionatında ən çox qol vuranların siyahısında dəyişiklik olub.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 22-ci turunda "Səbail"i 5:0 hesabı ilə məğlub edən "Qarabağ"ın hücumçusu Leandro Andrade bombardirlər yarışında liderliyi ələ keçirib. 25 yaşlı futbolçu dubla imza atmaqla, bu mövsümdə qollarının sayını 9-a çatdırıb. L.Andrade hazırda bombardirlər siyahısında ən yaxın rəqiblərini 1 qol qabaqlayır.
İlk "beşlik":
Leandro Andrade ("Qarabağ") - 9 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol