“ABŞ Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır”.
Bizim.Media xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib.
ABŞ müdafiə nazirinin sözlərinə görə, Amerika lideri Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümid edir.
O qeyd edib ki, Ukraynadakı vəziyyət nizamlandıqdan sonra ABŞ öz qüvvələrinin dünyada yerləşdirilməsinin yenidən qiymətləndirilməsini başa çatdıracaq.
Qeyd edək ki, Heqset daha əvvəl açıqlamalarında bildirib ki, ABŞ İsrailin təhlükəsizliyini təmin etməlidir. O, həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə məşğuldur.
Bizim.Media