AZ

Paytaxt restoranında baş verən oğurluq hadisəsinin TƏFƏRRÜATLARI VİDEO

Maskalı şəxslər əvvəlcə mağazaya daxil olaraq içəridə olan şəxsə xəsarət yetirir. Daha sonra kassaya yaxınlaşaraq orada olan pulları götürür.

Xezerxeber.az xəbər verir ki, Bakıda film kimi oğurluq hadisəsi baş verib. Hadisə səhər saat 7 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində olub. Zərərçəkən polisə şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.  Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar.

Lakin daha sonra oğurluğun əsl təfərrüatları məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov bildiriblər ki, oğurluq hadisəsini elə həmin mağazada döydükləri dostu Amal Kakayev ilə əlbir olaraq törədiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis idarəsinə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr