AZ

Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir

Türkiyə iqtisadiyyatı regiondakı müharibələrə və böhranlara, həmçinin genişmiqyaslı kataklizmlərə baxmayaraq, uğurla inkişaf etməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 11-də Putracaya şəhərində keçirilən Türkiyə-Malayziya biznes forumunda çıxışı zamanı deyib.

Türkiyə liderinin sözlərinə görə, Türkiyə iqtisadiyyatı son 20 ildə orta hesabla hər il 5 faiz artıb, ölkəyə yatırılan investisiyaların həcmi 300 milyard dollara çatıb. “Türkiyənin ixracı 20 dəfədən çox artıb. Ölkəmizin qlobal ixracda payı iki dəfə artıb və bu, son hədd deyil”, - deyə dövlət başçısı əmin edib.

Türkiyə Prezidenti Ankaranın sərmayədarlara maksimum dəstək verməyə yönəlmiş şəffaf və proqnozlaşdırıla bilən iqtisadi siyasətinə diqqət çəkib. “Təsadüfi deyil ki, son onilliklərdə Türkiyədə xarici kapitallı şirkətlərin sayı 6 mindən azı 80 minədək artıb. Hökumətimiz son ilyarım ərzində həyata keçirilən daha bir iqtisadi proqramın bəhrəsini görməyə başlayır”, - deyə Ərdoğan bildirib.

O əmin edib ki, Türkiyə hakimiyyəti ölkəni qlobal güc mərkəzlərindən birinə çevirmək kursunu davam etdirəcək. “Bizim məqsədimiz cari əsri “Türk əsri”nə çevirməkdir”, - deyə siyasətçi vurğulayıb.

Prezident Ərdoğan Malayziyanı Türkiyə üçün Asiya regionunda “əsas tərəfdaş ölkə” adlandırıb.

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr