Türkiyənin Ticarət Nazirliyi Suriya mallarının idxalına qoyulan qadağanı ləğv edib.
Oxu24.com xəbər verir ki, bunu Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş deyib.
“Türkiyə Quru və Dəniz Limanları Baş İdarəsi və Ticarət Nazirliyinin keçirdiyi görüşlər və müzakirələr nəticəsində Suriya mallarının və ərzaq məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyanın yeni hakimiyyət orqanlarının prioritet vəzifələri enerji və hava nəqliyyatını bərpa etməkdir. Fidan qarşıya qoyulan vəzifələrin icrasından sonra ölkə iqtisadiyyatının yaxşılaşacağına ümid etdiyini bildirib. O, Suriya üçün beynəlxalq sanksiyaların aradan qaldırılmasının, eləcə də bütün aktiv silahlı qrupların milli orduda birləşdirilməsinin vacib olduğunu vurğulayıb.
Fevral ayında Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şara Ankarada danışıqlar zamanı Suriyada türk hava bazalarının yaradılması imkanını müzakirə ediblər. Daha sonra Türkiyə prezident administrasiyası Suriyada hava bazaları yaratmaq planları barədə məlumatı olmadığını bəyan edib.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyinin rəhbəri Əbu Kəsra Rusiyanın bu ölkədəki bazalarının onun üçün faydalı olacağı təqdirdə saxlanmasına icazə vermişdi.
Nigar