Misli Premyer Liqasının XXII turunda "Qarabağ" "Səbail"i 5:0 hesablı məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm.
Vacib qələbə idi. Qarşımızda ciddi müdafiə olunan rəqib vardı. Oyunun sonlarında vəziyyət dəyişdi, boşluqlardan istifadə edildi. Vacib qələbə idi, futbolçularıma və azarkeşlərə təşəkkür edirəm".