Qadın yaşadığı evdə amansızlıqla qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, ağır cinayət paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib. 48 yaşlı Lamiyə Məmmədovanın evdə öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 46 yaşlı Ramil Məmmədov Gürcüstanda saxlanıb və ölkəyə ekstradisiya edilməsi istiqamətində tədbirlər görülür. Onun hadisədən dərhal sonra Gürcüstana qaçması bunu deməyə əsas verir ki, Ramil Məmmədov cinayəti əvvəldən planlaşdırıb. Çünki, quru sərhədlər bağlı olduğundan, ehtimal edilir ki, o bu cinayəti planlı şəkildə görüb. Yəni əvvəldən bilet alıb, uçuş vaxtını dəqiqləşdirib və bu cinayəti törədib.
Qonşuların sözlərinə görə, onlar həmin ünvanda kirayədə qalıblar. İki qızı ailəlidir, oğlu isə valideynləri ilə yaşayırdı.
Onlar deyir ki, ailə çox sakit və mehriban olub. Əvvəllər hər hansı bir ailədaxili münqaişələri baş verməyib.
Faktla bağlı cinayət işi başlanıb, hadisənin təfərrüatı araşdırılır.