Fələstinin radikal HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv hərbi əməliyyatları bərpa edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu aparıcı nazirlərin iştirakı ilə keçirilən 4 saatlıq hərbi-siyasi kabinet iclasından sonra deyib.