![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/4/9/1/6a0f577c-e19e-435e-a0c0-d3202e6f6944/zelenski-yeni_637851190769834966.jpg)
Rusiya ilə sülh danışıqları zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazisinin bir hissəsi ilə dəyişdirilməsini təklif etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində danışıb.
“Biz bir ərazini digərinə dəyişəcəyik”, - Zelenski bildirib.
Ölkə başçısı Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna ərazisinin hansı hissəsinin müqabilində istəyəcəyini bilmədiyini qeyd edib:
“Bilmirəm, görərik. Amma bizim bütün ərazilərimiz vacibdir, prioritet yoxdur”.
Zelenskinin sözlərinə görə, o, Rusiya ilə danışıqlara hazırdır, lakin Ukraynanın bu danışıqlarda güc mövqeyindən çıxış etməsini istəyir. Ukrayna lideri Amerika şirkətlərinə bərpa müqavilələri və investisiya təşviqləri təklif edəcəyini bildirib. Nəşr qeyd edir ki, bu yolla o, Rusiya-Ukrayna müharibəsinə son qoymağa çalışan ABŞ Prezidenti Donald Trampı özünə cəlb etməyə çalışacaq.