AZ

Daşnaksütyun partiyasının ideologiyasından qurtulmalıyıq!

    Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyət tərəfindən həyata keçirilən ideoloji transformasiyanın mahiyyətini - EİF Daşnaksütyun partiyasının ideologiyasından qurtulmağı dilə gətirib, - Ermənistan KİV xəbər verir.

    Paşinyan Fransadakı erməni diasporunun nümayəndələri ilə görüşdə qəfildən yadına düşdü ki, bütün erməni partiyaları, o cümlədən özünün tərəftarları kimin ƏN böyük daşnak olduğu uğrunda yarışdılar.

“Ermənistan Respublika Partiyası (Serjik Sarkisyanın partiyası - ANSPress) hesab edirdi ki, onlar Daşnaksütyunun həqiqi üzvlərindən daha yaxşı daşnakdırlar”. "Mülki Müqavilə" Partiyası (Paşinyanın partiyası - ANSPress) hesab edirdi ki, biz Daşnaksütyunun həqiqi üzvlərindən daha yaxşı daşnakıq. Əgər tariximizdən dərs çıxara bilsəydik, biz Daşnaksütyunun ideoloji üzvü olmazdıq”, - Paşinyan bildirib.

Seçilən
8
anspress.com

1Mənbələr