AZ

Rotterdamda 7 ay işləyə bildi

Brian Priskenin “Feyenoord”dakı fəaliyyəti 7 ay çəkib.
Rotterdam klubu baş məşqçi ilə yolları ayırıb.


Niderland klubunun rəsmi saytının məlumatına görə, danimarkalı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Priske komandaya 2024-cü ilin yayından komandaya rəhbərlik edirdi. İstefaya komandanın qeyri-qənaətbəxş nəticələrinin səbəb olduğu bildirilib.

Hələlik Priskeni kimin əvəzləyəcəyi məlum deyil. Komanda hazırda Niderland çempionatında 21 oyuna 39 xalla 5-ci yeri tutur.

Seçilən
5
football-plus.az

1Mənbələr