Əvvəlcə bağçadakı otağa daxil olur, sonra isə uşaqlardan birinə şiddət göstərir...
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müazirkələrə səbəb olub.
Məsələ ilə bağlı "Orbita" uşaq bağçasının rəhbəri bildirib ki, hadisə zamanı iki uşaq arasında mübahisə düşüb.
Müəllim isə müdaxilə edərək uşaqlardan birinə zor tətbiq edib. Hadisəni görən digər uşağın valideyni isə rəhbərliyə məlumat verib.
İddialara görə, Baxçadakı digər uşaqlara da şiddət göstərilib, sanitar qovşaqda azyaşlılar döyülüb...
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.