Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi Türkiyənin “Çorum” klubu birinci liqanın 24-cü turunda “Yeni Malatyaspor”la qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, Superliqaya çıxmaq üçün iddialı olan komanda bu görüşdə 2:0 hesablı qələbə qazanıb.
Komandanın hər iki qolunu millimizin üzvü Coşqun Diniyev vurub.