Rumıniyanın Konstitusiya Məhkəməsi prezident Klaus İohannisin istefasını qəbul edib və İlie Boloyanın müvəqqəti dövlət başçısı təyin edilməsinə qərar verib.
Editor.az bildirir ki, bu barədə fevralın 11-də “Digi24” məlumat yayıb. Məhkəmənin mətbuata istinadən verdiyi qərarda deyilir ki, “Rumıniya prezidenti vəzifəsi Klaus-Verner İohannisin istefasından sonra 2025-ci il fevralın 12-dən boş qalır”. KİV əlavə edib ki, Konstitusiya Məhkəməsinin qərarı qəti və məcburidir.
“Digi24” qeyd edir ki, hazırda Rumıniya Senatına rəhbərlik edən Boloyan bu gündən etibarən Milli Liberal Partiyasına (PNL) üzvlüyünü dayandırır, çünki prezident heç bir siyasi qüvvəyə mənsub ola bilməz. Ehtimallara görə, Senat rəhbərinin səlahiyyətlərini PNL-in sədr müavini Mirça Abrudyan icra edəcək.
//Samir Qurbanov, Editor.az