AZ

“Qarabağ”ın sabiq qapıçısı Rusiyaya qayıtmasının səbəbini açıqlayıb

Rusiyalı qapıçı Andrey Lunev Moskva klubunda oynamaq qərarına necə gəldiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Sport24" təcrübəli qolkiperin dediklərini belə çatdırıb.

“Bu sadədir. Oğlumun 5 yaşı tamam oldu, daimi yaşayış yeri barədə qərar vermək vaxtı gəldi. Buna görə də doğulub böyüdüyüm Moskvaya qayıtdım”

Xatırladaq ki, 2024-cü ilin yayında Andrey Lunev Moskva "Dinamo"sunun futbolçusu olub. Ötən mövsüm qapıçı Azərbaycan çempionu “Qarabağ”ın rənglərini qoruyub. Əvvəllər rusiyalı karyerasının bir neçə ilini “Bayer”də ehtiyat qapıçı kimi keçirib. "Dinamo"ya keçdikdən sonra Lunev İqor Leşukla rəqabət aparan "ağ-göylər"in əsas qapıçısıdır.

Seçilən
11
90deqiqe.az

1Mənbələr