AZ

Millimizin hücumçusu debüt oyununda dubla imza atdı

Türkiyənin I Liqasında XXIV turun oyunları keçirilir.

90deqiqe.Az-ın məlumatına görə,Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış etdiyi "Çorum" klubu doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.

Görüş "Çorum" klubunun inamlı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qələbə qollarını 14 və 49-cu dəqiqələrdə Diniyev imza atıb.

Bu nəticədən sonra  "Çorum" 38 xalla dördüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi qış fasiləsində "Bandırmaspor"dan "Çorum"a transfer olunub. 

Seçilən
15
21
90deqiqe.az

10Mənbələr