Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zeyvə kəndi ərazisində baş verib.
Məlumata görə, “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.
Hadisə zamanı 47 yaşlı Nazar Alışov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev