AZ

"Araz-Naxçıvan"dan böyükhesablı qələbə

Futzal üzrə Yüksək Liqada IX turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, "Olimpik Star"da baş tutan turun mərkəzi oyununda "Araz-Naxçıvan" "Neftçi" İK ilə münasibətlərinə aydınlıq gətirib. Naxçıvanlılar prinsipial rəqibinə darmadağınla qalib gəlib.

Lider "Baku Fire" isə aşkar autsayder "Yasamal Bakı"nı daha böyük hesabla üstələyib. "Bakı alovu"nun 10 qolundan 8-i bir futzalçının adına yazılıb. 

Turun son qarşılaşmada isə "Şuşa" U-19 millisini 4:3 hesabı ilə məğlub edib.

Neftçi İK – Araz-Naxçıvan 0:6 
Qollar:
Matheus Henrique, 13:26, Amirhossein Rasuli, 25:49, 31:18, 35:11, 39:01, Lazar Milosavljeviç, 36:42

Yasamal Bakı – Baku Fire 1:10
Qollar:
Elmir Xəlilov, 35:55 - İaqo Henrique, 1:12, 7:44, 16:49, 35:22, 36:45, 37:01, 37:58, 39:40, Elvin Quliyev, 16:57, Paulo Henrique, 23:17

U-19 – Şuşa (1:1) 3:4
Qollar:
Ayxan Məmmədov, 9:12-öz qapısına, Bəyoğlan Vəlizadə, 20:40, Rəvan Məşiyev, 32:25 - Rüstəm Bağırov, 1:28, Aidar Tutatov, 20:53, Sadegh Javiditabar, 27:56, 38:54.

Seçilən
12
fanat.az

1Mənbələr