AZ

1988-2023-cü illər ərzində törədilmiş terrorçuluq cinayətləri nəticəsində 449 nəfər şəxs qəsdən öldürülüb

Bakı. Trend:

1988-2023-cü illər ərzində törədilmiş terrorçuluq cinayətlərinəticəsində 449 nəfər şəxs qəsdən öldürülüb.

Trend xəbərverir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev fevralın11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkarmüharibənin hazırlanması və aparılması, soyqırımı, müharibəqanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğumaliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlamavə digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ErmənistanRespublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan,Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan vədigərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesininbaxış iclasında deyib.

"1988-2023-cü illər ərzində 308 epizod üzrə törədilmişterrorçuluq cinayətləri nəticəsində ən azı 210 hərbi qulluqçu və239 mülki şəxs olmaqla, 449 nəfər şəxs qəsdən öldürülüb, 1013 hərbiqulluqçu və 716 mülki şəxs olmaqla, 1729 nəfərin qəsdənöldürülməsinə cəhd göstərilib.

Ümumilikdə terrorçuluq cinayətləri nəticəsində 17 uşaq qəsdənöldürülüb, 53 uşağın müxtəlif dərəcəli bədən xəsarətləriyetirilməklə qəsdən öldürülməsinə cəhd olunub", - o bildirib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Seçilən
20
35
az.trend.az

10Mənbələr