AZ

"Real" "Mançester Siti" ilə qarşılaşma üçün heyəti açıqladı

Bu gecə Çempionlar Liqasının ən maraqlı oyunu "Mançester Siti" və "Real Madrid" komandaları arasında qarşıdurma olacaq.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti ilk dəqiqələrdən bu futbolçuları meydana çıxarmaq qərarına gəlib:

Kurtua, Valverde, Tçuameni, Asensio, Mendi, Kamavinqa, Sebalos, Bellinqem, Rodriqo, Vinisius, Mbappe.

"Real Madrid" müdafiəsində ciddi kadr problemi olduğu üçün eyni anda iki yarımmüdafiəçi meydana çıxacaq: Federiko Valverde sağ cinahda, Aurelien Tçuameni isə mərkəzdə fəaliyyət göstərəcək. "Real Madrid" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
13
90deqiqe.az

1Mənbələr