AZ

Məhkəmədə ittihamın Azərbaycan əhalisinin məhv edilməsi faktlarına dair hissəsi elan edilib

Bakı. Trend:

Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavitBabayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayətiişləri üzrə məhkəmə prosesinin baxış iclası zamanı ittihamıntəcavüzkar müharibənin gedişində əhalinin məhv edilməsi faktlarınadair hissəsi elan edilib.

Trend xəbərverir ki, ittihamın bu hissəsini Baş prokurorun xüsusi tapşırıqlarüzrə köməkçisi Tuqay Rəhimli elan edib.

Bildirilib ki, təcavüzkar müharibənin gedişində Ermənistandövlətinin bilavasitə nəzarəti altında, onun tapşırıq, göstəriş vətəlimatlarında uyğun fəaliyyət göstərən cinayətkar birliktərəfindən Qazax rayonunun Bağanıs-Ayrım, Şuşa rayonununMalıbəyli-Quşçular, Xocavənd rayonunun Qaradağlı, Ağdərə rayonununBaş Güney (Baş Güneypəyə), Goranboy rayonunun Ballıqaya vəGülüstan, Kəlbəcər rayonunun Ağdaban, Comərd və Başlıbelkəndlərində azərbaycanlıların qanuni şəkildə məskunlaşdıqlarıyerlərdən kütləvi şəkildə didərgin salınmasını təşkil etməklə həminərazilərin daha asan şəkildə Ermənistan tərəfindən işğal edilməsinənail olmaq məqsədilə keçirilmiş genişmiqyaslı və sistemli hücumlarzamanı əhalini kütləvi şəkildə məhv etmək məqsədilə ümumilikdə 241nəfər güllələnməklə, diri-diri yandırılmaqla, ağır dərəcəli bədənxəsarətləri yetirilməklə qəsdən öldürülüb, 149 nəfərin müxtəlifdərəcəli bədən xəsarətləri yetirilərək qəsdən öldürülmələrinə cəhdedilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Seçilən
31
12
az.trend.az

10Mənbələr