AZ

Serxio Aquero xayalarını itirmək təhlükəsi ilə üz-üzə

“Mançester Siti”nin argentinalı keçmiş hücumçusu Serxio Aquero iddialı açıqlaması ilə futbol dünyasını heyrətə salıb.

Arena.az məlumat verir ki, Aquero, “Real”ın, UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin oyunlarında “Mançester Siti”ni məğlub edə biləcəyi halda, öz xayalarını kəsməyə söz verib:

“Real” “Mançester Siti”yə qalib gələ bilməyəcək. Əgər onlar “şəhərlilər”i məğlub edə bilsələr, mən öz xayalarımı kəsəcəyəm”, – Aquero “Som I Serem FCB” podkastının efitində car çəkib.

Xatırladaq ki, “Mançester Siti” – “Real” oyunu bu gün, fevralın 11-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (12 fevral) başladacaq. Bu komandalar arasındakı cavab görüşü isə fevralın 19-da Madriddə təşkil olunacaq. Cütün taleyinə, həmçinin Aqueronun xayalarının aqibətinə də məhz İspaniyadakı oyunda aydınlıq gələcək.

2011-2021-ci illər aralığında “Mançester Siti”də çıxış etmiş Serxio Aquero 2021-ci ildə ürək fəsadlarına görə futbolçu karyerasına xitam vermək məcburiyyətində qalıb. Hazırda 36 yaşı olan veteran hücumçu 2008-ci ildə Olimpiya çempionu, 2014-cü il FIFA Dünya Kubokunun gümüş mükafatçısı, 2021-ci ildə Amerika Kubokunun qalibi olub. Aquero Argentina yığmasında 101 oyun keçirib, 41 qol vurub və 19 məhsuldar ötürmə verib. Argentinalı futbolçunun son klubu “Barselona” olub. Aquero həmçinin Madrid “Atletiko”su və “İndependyente”də çıxış edib.

Seçilən
27
arena.az

1Mənbələr