AZ

İzmirdə dəhşət: Qadın körpə uşağını dənizə atdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İzmir şəhərində qadın bir yaşlı uşağını dənizə atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Habertürk" məlumat verib.
Hadisə Bengiler rayonunda baş verib. 30 yaşlı Kevser C. körpəsi ilə birlikdə dənizə girərək onu suya atıb. Hadisə şahidləri dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər və qadın saxlanılıb.
Yerli sakinlər uşağı sudan çıxara bilib və tibb işçilərinə təhvil veriblər, onlar körpəni xəstəxanaya çatdırıblar. Uşağın vəziyyəti kritik qiymətləndirilir.
Polisin məlumatına görə, qadının psixi pozğunluğu var. Saxlanıldıqdan sonra o, məhkəmənin qərarı ilə həbs edilib.
Seçilən
10
1
oxu.az

3Mənbələr