Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın administrasiyası ilə görüşə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib.
“Biz artıq ABŞ nümayəndələri ilə görüşlərə hazırıq və yaxın vaxtlarda danışıqlar aparılacaq. Bir çox səviyyələrdə”, – Zelenski yazıb.
O, əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 12-ci iclasını təyin edib.