AZ

Yaxın Şərqdə iki ölkə üz-üzə gəldi -

Suriya-Livan sərhədində qarşıdurmalar intensivləşib. Metbuat.az xəbər verir ki, gərginlikdən sonra Livan ordusu sərhədə əlavə hərbi qüvvələr göndərib. Suriya təhlükəsizlik qüvvələri qruplaşmalara qarşı əməliyyatlar aparıldığını irəli sürsə də, “Hizbullah”ın bölgədə olması ilə bağlı iddialar müzakirələrə səbəb olub. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, toqquşmaların Livan ərazisinə keçməsindən sonra ordu birlikləri sərhədə yerləşdirilib. Suriya təhlükəsizlik qüvvələri hədəflərinin Livan ordusu olmadığını açıqlayıb.

Suriya Daxili İşlər Nazirliyi isə Homs çölündən Livana qədər uzanan bölgədə silah və narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplara qarşı əməliyyatlar aparıldığını bildirib.

Seçilən
11
metbuat.az

1Mənbələr