AZ

Yüksək mərtəbəli binada Dəhşətli Yanğın – – 20 Nəfər...

Siirtin Kurtalan rayonunda yerləşən 10 mərtəbəli binada yanğın baş verib.

News24.az bildirir ki, hadisə Qarzan məhəlləsində, Kervan küçəsində qeydə alınıb. Yanğının səbəbi hələlik məlum deyil.

Yanğın baş verən kimi əraziyə xilasetmə, polis və təcili yardım qrupları cəlb edilib.

Binanın tüstü ilə dolan mərtəbələrində sıxışıb qalan sakinlər yanğınsöndürənlərin səbət nərdivanı və nəqliyyat liftləri vasitəsilə təhlükəsiz yerlərə aparılıb.

İlkin məlumata görə, 20 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Selcan Aslan

Seçilən
11
news24.az

1Mənbələr