AZ

Rusiya 14 il həbs cəzası verdiyi ABŞ diplomatını azad edib

Moskva Vaşinqtonla razılaşma çərçivəsində Rusiyada narkotik qaçaqmalçılığı və qanunsuz narkotik ticarəti ittihamı ilə 14 il həbs cəzasına məhkum edilmiş keçmiş amerikalı diplomat Mark Vogeli azad edib.

AzPost bildirir ki, bu bardə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib. Onun sözlərinə görə, razılıq ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiyaya səfərindən sonra əldə olunub.

“Bu gün prezident Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Vitkoff elan edə bilər ki, Witkoff Rusiya tərəfindən saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava məkanını tərk edir”, – Valts sosial X şəəkəsindəki aaçıqlamasında bildirib.

Seçilən
9
azpost.info

1Mənbələr