Fələstinin “HƏMAS” hərəkatı İsrailin anklavda atəşkəs razılaşmasının müddəalarına əməl etmədiyi təqdirdə Qəzza zolağında qalan girovları azad etmək niyyətində olmadığını bildirib.
Bu barədə “Far.Az” “Al Arabiya” telekanalına istinadən xəbər verir.
“HƏMAS” ABŞ Prezidenti Donald Trampın fevralın 15-də girovların azad edilməməsi ilə bağlı hədələrinə cavabında bildirib ki, təhdid dili vəziyyəti çətinləşdirir və yersizdir.
“HƏMAS Qəzza zolağı ilə bağlı razılaşmaya sadiqliyini təsdiqləyir. Qəzza ilə bağlı razılaşmanın şərtlərinə əməl etmək girovları azad etməyin yeganə yoludur”.