AZ

Rusiya hərbi təyyarəsi Polşa hava məkanını pozdu

  Rusiya hərbi təyyarəsi Polşa hava məkanını pozub.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata  görə, Rusiyaya məxsus SU-24MR hərbi təyyarəsi Polşanın hava məkanını pozub və təxminən bir dəqiqə sonra kursu dəyişərək uzaqlaşıb.

Polşa hava məkanına nəzarəti həyata keçirən xidmətdən Rusiya ilə əlaqə saxlanılıb və qarşı tərəf Polşanın hava məkanının pozulmasını təsdiqləyib. Buna səbəb kimi təyyarənin naviqasiya sistemindəki nasazlıq göstərilib./Globalinfo.az   

Seçilən
14
referans.az

1Mənbələr